Geri qayıt Çap et

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi - 2-si azyaşlıdır

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

“Denmedia.az” xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində baş verib.

İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü Əliyev Vüsal Cəmal oğlu, həyat yoldaşı 2001-ci il təvəllüdlü Əliyeva Natəvan Əmin qızı və onların 2022 və 2025-ci il təvəllüdlü azyaşlı övladları yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər dərhal xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

TƏBİB hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Təcili Tibbi Yardım Xəstəxanasına və Uşaq Xəstəxana 4 nəfər (2 kişi, 2 qadın) hospitalizasiya olunub:

“Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.