Misirdə monastırlardan birinin divarı uçub. Dağıntılar altında insanlar qalıb. Hadisə nəticəsində dörd uşaq həlak olub, azı iki nəfər xəsarət alıb. Bu barədə Al Masry Al Youm nəşri məlumat yayıb.
Faciə Əl-Minya şəhərində yerləşən monastırda baş verib. Yaralanan iki nəfərə həkimlər tərəfindən tibbi yardım göstərilir, onların vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Bildirilir ki, tikinti blokları və iri daş parçaları birbaşa monastırı ziyarət edənlərin üzərinə düşüb. Hadisə yerinə dərhal xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub.