Geri qayıt Çap et

İdrak liseyində yaralanan müəllimənin adı bəlli oldu - FOTO

Bakının Binəqədi rayonunda yerləşən İdrak liseyində baş verən atışma zamanı yaralanan müəllimənin şəxsiyyəti müəyyən edilib. Zərərçəkən 1997-ci il təvəllüdlü Şəhla Kamilovadır. O, Bakı Dövlət Universitetinin məzunudur.

Məlumata görə, Şəhla Kamilova 2014-cü ildə 260 saylı orta məktəbi yüksək nəticələrlə bitirib və ali təhsilini kompüter elmləri ixtisası üzrə alıb.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, hazırda istintaq aparılır.

DenMedia.az