Geri qayıt Çap et

Bakıda yaşlı kişi dəm qazından öldü

Bakıda 64 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Denmedia.az Apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov yaşadığı R.Quliyev küçəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.