Geri qayıt Çap et

Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının keçmiş rəisi, tibb xidməti mayoru Rasim Həsənov saxlanılıb.

DenMedia.az Oxu.az-a istinadən xəbər verir ki, Rasim Həsənov Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Məlumata görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci maddəsi (rüşvət alma) ilə ittiham irəli sürülüb.