Geri qayıt Çap et

Gəncədə qaynaq işi zamanı partlayış: 3 yaralı

Gəncədə kanalizasiya quyusunun yaxınlığında aparılan qaynaq işləri zamanı partlayış baş verib.

DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Məlumata görə, Anar Zamanov (1984-cü il təvəllüdlü), Mahir Bağırov (1989-cu il təvəllüdlü) və daha bir şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.