Geri qayıt Çap et

Sabirabadda qadın dəm qazından boğulub öldü

Sabirabad rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.

“Denmedia.az”  xəbər verir ki, hadisə şəhərin Hüseyn Cavid küçəsində yerləşən yaşayış evlərindən birində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Ələkbərova Seydanə Mirələkbər qızı hamamda olarkən dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.