Geri qayıt Çap et

350-dən çox insanın olduğu bərə sulara qərq oldu

Filippinin cənubunda göyərtəsində 350-dən çox insanın olduğu sərnişin bərəsi batıb.

Bu barədə Associated Press yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, 332 sərnişin və 27 ekipaj üzvü olan M/V Trisha Kerstin 3 bərəsi gecə yarısından sonra texniki nasazlıqla üzləşdikdən sonra batıb. Xilasedicilər 215 nəfəri xilas etməyə, sudan isə 7 nəfərin cəsədini çıxarmağa müvəffəq olublar.

DenMedia.az