Geri qayıt Çap et

Xersonda Rusiyanın bombardmanı nəticəsində Azərbaycan vətəndaşı həlak oldu

Ukraynanın Xerson vilayətində bir kəndin bombardman edilməsi nəticəsində 60 yaşlı Azərbaycan vətəndaşı həlak olub.

DenMedia.az report-a istinadən xəbər verir ki, yanvarın 29-da, Xerson vilayətinin Mikolskaya kəndinə Rusiya ordusuna məxsus dron və mərmi hücumları nəticəsində ərazi darmadağın olub.

Ölənlər arasında, kənd sakini 1966-cı il təvəllüdlü, əslən Azərbaycanın Beyləqan rayonundan olan Qasımov Həsən Qiyas oğlu da həlak olub.

H.Qasımov uzun müddətdir bu kənddə yaşayıb, şəxsi təsərrüfatı ilə məşğul olurmuş.