Geri qayıt Çap et

21 yaşlı oğlan faciəvi şəkildə dünyasını dəyişdi

Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

DenMedia.az xəbər verir ki, 2005-ci il təvəllüdlü, Təzəkənd kənd sakini Ruhlan Etibar oğlu Məmmədov yataq otağında quraşdırılmış qazla işləyən "Ceyran" tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.