Geri qayıt Çap et

Qəza faciə ilə nəticələndi: ata öldü, azyaşlı uşaq xəsarət aldı

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, İrmaşlı kənd sakini 34 yaşlı Vüsal Rüstəmlinin idarə etdiyi "VAZ 2110" markalı avtomobil Şəmkir-Şiştəpə kənd yolunda qarşı tərəfdən hərəkət edən maşınla toqquşub.

Qəza nəticəsində V.Rüstəmli hadisə yerində ölüb. Onun avtomobildə olan 5 yaşlı oğlu Adəm Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma başlanılıb.