Geri qayıt Çap et

ANAMA əməkdaşı Malayziyada vəfat etdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Orxan Məhərrəmov bir neçə gün komada qaldıqdan sonra vəfat edib. Bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, 2004-cü il təvəllüdlü Orxan Məhərrəmov Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən təlim kurslarında iştirak edirmiş. Dərslər zamanı onun səhhəti qəfil pisləşib. Tibbi müdaxilə məqsədilə inyeksiya olunduqdan sonra vəziyyəti daha da ağırlaşıb və komaya düşüb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, mərhumun nəşi Bakıya gətiriləcək və dəfn mərasimi burada təşkil olunacaq.

DenMedia.az