Geri qayıt Çap et

Bakıda Gəncə sakini saxlanıldı: avtomobildən külli miqdarda narkotik tapıldı - VİDEO

Bakının Səbail rayonunda Gəncə şəhər sakini, 33 yaşlı Səfər Cəmalov saxlanılıb. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxsin idarə etdiyi avtomobilə baxış zamanı 10 kiloqram 110 qram marixuana, 2 kiloqram 55 qram tiryək, eləcə də psixotrop tərkibli 13 ədəd preqabalin tableti aşkar edilib.

Səfər Cəmalov ifadəsində narkotik vasitələri İran vətəndaşından aldığını bildirib. Hazırda həmin şəxsin kimliyi istintaq tərəfindən müəyyənləşdirilir. Onun sözlərinə görə, bu şəxslə sosial şəbəkələr vasitəsilə tanış olub və narkotikləri paytaxt ərazisində satmalı idi. Bunun üçün maddələri Bakının müxtəlif ünvanlarında gizlədərək saxlanma yerləri barədə məlumatı iranlı narkotacirə ötürməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Səfər Cəmalov barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

DenMedia.az