Geri qayıt Çap et

5 yaşlı qızı alliqatorlara atan şəxs 37 ildən sonra yenidən məhkəmədə

ABŞ-da Florida ştatından olan 76 yaşlı Harrell Breddinin məhkəməsi yenidən başlayıb.

Florida ştatından olan Breddi 1988-ci ildə beş yaşlı qızı alliqatorların olduğu əraziyə apararaq onu taleyin ümidinə buraxmaqda ittiham olunur. Bu barədə People nəşri məlumat yayıb.

Materialda qeyd olunur ki, 1988-ci ilin noyabrında Bredli birlikdə yaşadığı qadınla mübahisə edib. Daha sonra qadını və onun azyaşlı qızını avtomobilə mindirərək naməlum istiqamətə gedib. Yolboyu qadın qaçmağa cəhd göstərsə də, Bredli onu bağlayaraq avtomobilin baqajına salıb. Daha sonra qadını döyərək tarlada qoyub və onun öldüyünü zənn edib.

Azyaşlı qızı isə “Alliqatorlar vadisi” kimi tanınan əraziyə apararaq yırtıcıların ixtiyarına buraxıb. Qadın sağ qalaraq qızını axtarmağa başlayıb. Bir neçə gün sonra uşağın yalnız qalıqları sürünənlərin yaşadığı ərazidə tapılıb.

2007-ci ildə Harrel Breddi ölüm cəzasına məhkum edilsə də, 10 il sonra ştat qanunvericiliyində edilən dəyişikliklər səbəbilə bu hökm ləğv olunub. İndi isə onun işi yenidən məhkəməyə qaytarılıb və ilkin hökmün bərpa olunması istisna edilmir.

DenMedia.az