Geri qayıt Çap et

Minnesotada etirazçıya yardım edən tibb işçisi güllələndi

ABŞ-ın Minnesota ştatında keçirilən etiraz aksiyaları zamanı federal sərhəd xidməti agentləri 37 yaşlı tibb qardaşı Aleks Ceffri Prettini güllələyiblər. Bu barədə NBC News məlumat yayıb. Bildirilir ki, o, təhlükəsizlik qüvvələri tərəfindən itələndikdən sonra yerə yıxılan etirazçılardan birinə tibbi yardım göstərməyə çalışırmış.

Rəsmi şəxslər Cənubi Minneapolisdə federal agentin bir nəfəri güllələdiyini təsdiqləyiblər. Hadisə hüquq-mühafizə orqanlarının sərt reaksiyasına, küçələrin bağlanmasına və ştat qubernatorunun kəskin tənqidinə səbəb olub.

Qeyd olunur ki, 24 yanvar tarixində Minneapolislə minlərlə amerikalı aksiyaya çıxıb. Havanın 27 dərəcə şaxta olmasına, külək səbəbindən hiss olunan temperaturun -37 dərəcəyə enməsinə baxmayaraq, insanlar federal hakimiyyətin immiqrasiya siyasətinin sərtləşdirilməsinə etiraz ediblər.

DenMedia.az