Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib.
DenMedia.az xəbər verir ki, bu barədə aktyor İlham Əsədov məlumat yayıb.
Onun sözlərinə görə, aktrisa bu gün axşam saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Xatırladaq ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakıda anadan olub.
2014-cü ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı, 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.
Aktrisa 15-ə yaxın bədii filmə çəkilib.
Allah rəhmət eləsin.