Geri qayıt Çap et

Akula hücumları artdı: Avstraliyada akulanın hücumuna məruz qalan yeniyetmə öldü

Avstraliyada 12 yaşlı yeniyetmə Yeni Cənubi Uels ştatının sahillərində, Sidneydən yaxın ərazidə akulanın hücumuna məruz qaldıqdan bir həftə sonra vəfat edib. Bu barədə şənbə günü The Guardian məlumat yayıb.

Məlumata görə, uşaq 18 yanvar tarixində akulanın hücumuna məruz qalıb və həmin vaxtdan kritik vəziyyətdə olub. Bu hadisə 48 saat ərzində baş verən dörd insidentdən birincisi idi. Digər zərərçəkənlərin 11, 27 və 39 yaşlarında olduğu bildirilir.

Ehtimal olunur ki, hücumları öküz akulaları həyata keçirib. Mütəxəssislər hesab edirlər ki, leysan yağışları fonunda bu akulalar sahilə daha yaxın ərazilərdə görünməyə başlayıb. Qeyd olunur ki, bu növ duzluluğun müxtəlif səviyyələrinə, hətta şirin sulara belə yaxşı uyğunlaşır.

Daha əvvəl bildirilmişdi ki, akula hücumları səbəbindən 20 çimərlik bağlanıb.

DenMedia.az