Geri qayıt Çap et

Ailə faciəsi: Neftçalada baş verən qəzada həyatını itirdi

Neftçalada ölümlə nəticələnən yol qəzası olub.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Surra kəndində qeydə alınıb.

"VAZ-2106" markalı minik avtomobili və "Ford" markalı mikroavtobus toqquşub. Nəticədə minik avtomobilinin sərnişini 15 yaşlı M. Ələkbərov aldığı xəsarətlərdən ölüb. Sürücü isə xəsarət alıb.

Məlumata görə, hadisə zamanı minik avtomobilində bir ailə - M. Ələkbərovun valideynləri və qardaşı olub. Onların yüngül xəsarət aldıqları bildirilir.

Araşdırma aparılır.