Geri qayıt Çap et

AFAD: Balıkesirdə 10 saniyə fərqlə iki zəlzələ qeydə alındı

Türkiyənin Balıkesir vilayətində ard-arda güclü zəlzələlər baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Episentri Sınırdağı olan 5,1 bal gücündə zəlzələnin ardından bu gün Bakı vaxtı ilə 11:34-də 10 saniyə intervalla 4,1 və 4,2 maqnitudalı zəlzələlər qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

DenMedia.az