Geri qayıt Çap et

Bakıda kişi inyeksiyadan sonra anafilaktik şokdan ölüb

Bakıda antibiotik inyeksiyasından sonra anafilaktik şok keçirən kişi vəfat edib.

DenMedia.az report-a istinadən xəbər verir ki, paytaxt sakini Vüqar Qulamhasan oğlu Məmmədov (1966-cı il təvəllüdlü) ev şəraitində vurulan iynədən sonra dünyasını dəyişib.

Məlumata görə, inyeksiya səhhətində yaranan problemlə əlaqədar olaraq ailə üzvləri tərəfindən edilib. Vurulan antibiotikdən sonra kişinin vəziyyəti kəskin ağırlaşıb və anafilaktik şok nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.