Geri qayıt Çap et

Gəncə sakini aldığı bıçaq xəsarətindən vəfat etdi

Gəncə şəhərində yerləşən xəstəxanalardan birində kişi vəfat edib.

DenMedia.az APA-a istinadən xəbər verir ki, R.Əmraxov (1989-cu il təvəllüdlü) ağır vəziyyətdə tibbi müəssisəyə çatdırılıb.

Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, kişi bıçaq xəsarəti nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.