Belçikanın Antverpen şəhərində kürdlərin keçirdiyi mitinq zamanı hücum baş verib. Hadisə nəticəsində 6 nəfər yaralanıb.
Bu barədə RTBF telekanalı məlumat yayıb.
Məlumata görə, xəsarət alanlardan iki nəfərin vəziyyəti son dərəcə ağırdır. Hadisədən sonra polis dörd şübhəlini saxlayıb, hazırda istintaq aparılır.
Hücum edən şəxslərin kimliyi və milli mənsubiyyəti açıqlanmır. Hadisənin motivləri araşdırılır.