Niderlandda Nestle şirkətinə məxsus körpə qidasının istifadəsindən sonra azyaşlıların səhhətinin pisləşməsi halları qeydə alınıb.
Hazırda dörd körpənin zəhərləndiyi məlumdur.
Bu barədə RTL Nieuws Niderlandın xəbər xidməti şirkətdən əldə etdiyi məlumatlara istinadən xəbər yayıb.
“Nestle qarışığının istifadəsindən sonra körpələr arasında dörd xəstəlik halı qeydə alınıb”, — deyə məlumatda bildirilir.