Geri qayıt Çap et

Sumqayıtda iki nəfər dəm qazından zəhərlənib... 

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktları qeydə alınıb.

Bu barədə Denmedia.az-ın qaynar xəttinə daxil olan məlumatda bildirilir.

Belə ki, 2011-ci il təvəllüdlü İsmayıllı Fərid Vüsal oğlu yaşadığı ünvanda hamam otağında dəm qazından zəhərlənib. Azyaşlı dərhal tibbi yardıma cəlb olunaraq Uşaq Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Digər hadisə isə 1987-ci il təvəllüdlü Bağırova Şəbnəm Mirbehbud qızı ilə bağlıdır. O da dəm qazından zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Hazırda onun da vəziyyəti orta-ağırdır.

Məlumata görə, hər iki şəxsə zəruri tibbi yardım göstərilir, müalicələri davam etdirilir.

Nizami Rəsulov

Denmedia.az