Geri qayıt Çap et

Dəmir yolu kabusu: İspaniyada sürətli qatar qəzası onlarla can aldı

İspaniyanın Kordova vilayətində qatarların toqquşması nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb. Bu barədə ABC qəzeti məlumat yayıb.

Son rəsmi məlumatlara əsasən, qəza nəticəsində 40 nəfər həyatını itirib, 150-dən çox şəxs xəsarət alıb. 43 yaralı xəstəxanaya yerləşdirilib, onlardan 12-si reanimasiya şöbəsindədir, 9 nəfərin vəziyyəti ağırdır, — deyə nəşr qeyd edir.

Bundan əlavə, səlahiyyətli qurumlar hadisə ilə əlaqəsi ola bilən 30-dan çox şəxsin harada olduğunu müəyyənləşdirməyə çalışır. Qəza İspaniya ərazisində baş verib.

DenMedia.az