Geri qayıt Çap et

Binəqədidə yanğın oldu, zəhərlənən var

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin bir otağında 1 ədəd yataq dəsti yanıb.

Bu barədə Denmedia.az-a FHN-dən bildirilib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.