Geri qayıt Çap et

Ukrayna müharibəsində daha bir azərbaycanlı əsilli hərbçi həyatını itirdi

Ukraynada davam edən müharibə zamanı azərbaycanlı əsilli hərbi qulluqçu həlak olub.

Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin rəhbəri, Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev məlumat verib.

Onun sözlərinə görə, döyüş zamanı Ukrayna Silahlı Qüvvələrinin əsgəri Ruslan Vaqif oğlu Muradov həlak olub. 1987-ci il təvəllüdlü hərbçi Dnepropetrovsk vilayətinin Pyatixatsk rayonunun Jovte kəndində, doğulub böyüdüyü yerdə sabah torpağa tapşırılacaq.

Denmedia.az