Geri qayıt Çap et

Yaşlı kişi dəm qazından boğulub öldü

Goranboyda 56 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Denmedia.az  Apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü N. İsmayılzadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.