Türkiyə sahilləri yaxınlığında növbəti neft tankeri pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb.
Bu barədə yerli "Gazete Gercek" nəşri məlumat yayıb.
Zərbə Palau bayrağı altında üzən “Elbus” adlı gəmiyə endirilib. Hadisə Kastamonu şəhərindən təxminən 50 kilometr məsafədə baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində tankerinin yuxarı hissəsi zədələnib. Ekipaj üzvləri xəsarət almayıb. Hazırda gəmi İnebolu limanına doğru yedəklənir.