Geri qayıt Çap et

Yanğın törədən şəxs saxlanıldı

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahəsində yanğın törədən şəxs saxlanılıb.

Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla yanğının 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib. Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.