Geri qayıt Çap et

Qüdsdə etiraz aksiyası faciə ilə bitdi: avtobus kütlənin üzərinə sürüldü

Qüdsdə orduya çağırışa etiraz edən ultra-ortodoks yəhudilərin üzərinə avtobus sürülüb.

Hadisə nəticəsində bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb.

“Avtobusun altında təxminən 20 yaşlarında bir kişi huşsuz vəziyyətdə sıxılmış halda qalmışdı. Yanğın-xilasetmə xidmətinin əməkdaşları onu çıxardılar. Təəssüf ki, o, həyat əlamətləri göstərmirdi… Həmçinin yüngül xəsarət alan daha üç piyadaya ilkin tibbi yardım göstərildi və onlar stabil vəziyyətdə xəstəxanaya çatdırıldı”, — deyə The Jerusalem Post yazır.

Məlumata görə, sürücü hadisə yerində saxlanılıb.

DenMedia.az