Geri qayıt Çap et

Keçmiş prezidentin oğlu ilə vida: Maykl Reyqan vəfat etdi

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan 80 yaşında vəfat edib.

Bu barədə onun ailəsi məlumat verib. Xəbəri ABC News yayıb.

“O, bazar günü Los-Ancelesdə ailəsinin əhatəsində dünyasını dəyişib”, – deyə telekanal bildirib.

Keçmiş prezidentin beş övladından biri olan Maykl Reyqan mühafizəkar siyasi şərhçi və radio proqramının aparıcısı kimi tanınırdı.

DenMedia.az