Geri qayıt Çap et

Qanlı toqquşma: Braziliyada yol qəzası 11 can aldı

Braziliyanın mərkəzi hissəsində magistral yolda avtobusla yük avtomobilinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə G1 məlumat yayıb.

Qəza nəticəsində 11 nəfər ölüb, 46 nəfər isə xəsarət alıb. Bildirilir ki, 12 nəfərin, o cümlədən yük avtomobilinin sürücüsünün vəziyyəti kritikdir.

Hadisə ilə bağlı polis araşdırmaya başlayıb, qəzanın başvermə səbəbləri və bütün halları dəqiqləşdirilir.

DenMedia.az