Geri qayıt Çap et

ABŞ-da dəhşətli qəza: helikopter dağlarda yerə çırpıldı

ABŞ-ın Arizona ştatında, Feniks şəhəri yaxınlığındakı dağlıq ərazidə şəxsi helikopter qəzaya uğrayıb. Bu barədə ABC News məlumat yayıb.

Bildirilib ki, hava gəmisinin göyərtəsində dörd nəfər olub. Qəza yerli vaxtla saat 11:00-da baş verib.

Hazırda helikopterdə olan şəxslərin vəziyyəti ilə bağlı rəsmi məlumat yoxdur. Fövqəladə xidmətlər hadisə yerinə çatmağa çalışır.

Mənbənin məlumatına görə, insidentin araşdırılması ilə National Transportation Safety Board məşğul olacaq.

DenMedia.az