Geri qayıt Çap et

İkinci mərtəbədən yıxılan Göyçay sakini dünyasını dəyişdi

Göyçayda kişi bədbəxt hadisə nəticəsində ölüb.

 Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Çayarxı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov yaşadığı evdə baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib və bir gün sonra orada ölüb.

Məlum olub ki, S.Əhmədov qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirərək ikinci mərtəbənin eyvanından yıxılıb.