Sumqayıt şəhərinin müxtəlif ünvanlarında dəm qazından zəhərlənmə faktları qeydə alınıb.
Bu barədə Denmedia.az saytının qaynar xəttinə daxil olan məlumatda bildirilib.
Məlumata görə, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi evdə 2006-cı il təvəllüdlü Əliyeva Növrəstə Afiq qızı dəm qazından zəhərlənib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir və hazırda TTYX-da müalicəsi davam etdirilir.
Corat qəsəbəsində, ev №534-də yaşayan 2010-cu il təvəllüdlü Camalov Firudin Sergey oğlu dəm qazından zəhərlənib. Zərərçəkənin vəziyyəti yüngül olub və həkimlərin qərarına əsasən xəstəxanadan evə buraxılması nəzərdə tutulur.
Beton Zavod yaşayış massivində, ev №399-da yaşayan 1998-ci il təvəllüdlü İsmayılov Nurlan Elxan oğlu da dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağırdır.
Ceyranbatan qəsəbəsinin Yeni yaşayış massivində yaşayan 1994-cü il təvəllüdlü Həmidov Aləstə Xalid oğlu isə dəm qazından zəhərlənmə səbəbilə xəstəxanada müalicəsini davam etdirir. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktlarla bağlı araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az