Geri qayıt Çap et

Qaradağda faciə: yük maşını yeniyetməni vuraraq öldürdü

Bakının Qaradağ rayonunda, Səngəçal–Ümbakı avtomobil yolunda yük avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report məlumat yayıb.

Məlumata görə, KAMAZ markalı yük avtomobilini idarə edən Xəlilov Rəsul Rəşad oğlu yolu keçən piyada — 2009-cu il təvəllüdlü Fətəliyev Xəlil Ceyhun oğlunu vurub. Yeniyetmə hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

DenMedia.az