Geri qayıt Çap et

Bacı-qardaş dəm qazından boğulub öldü

Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüblər.

Denmedia.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Əhmədli qəsəbəsi, Neapol küçəsindəki mənzillərin birində yaşayan 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Amin Yaralıyev dəm qazından zəhərlənərək ölüblər.

Araşdırma aparılır.