Geri qayıt Çap et

Kiberhücum Fransanı silkələdi: 3,5 milyon ailənin məlumatı oğurlandı

Fransanın əsas nazirliklərindən birində genişmiqyaslı məxfi məlumat sızması baş verib. Respublikanın İdman, Gənclər və İctimai Həyat Nazirliyi kiberhücuma məruz qalıb. Nəticədə milyonlarla vətəndaşın şəxsi məlumatları üçüncü şəxslərin əlinə keçib.

Nazirliyin yaydığı rəsmi məlumatda bildirilir ki, qurumun informasiya sistemlərindən birində məlumat sızması faktı qeydə alınıb.

Hadisə ilə bağlı rəsmi açıqlama nazirliyin hökumət saytında dərc olunub. Açıqlamaya əsasən, hücum nəticəsində təxminən 3,5 milyon fransız ailəsinə aid şəxsi məlumatlar oğurlanıb.

Hazırda mütəxəssislər zərərçəkmiş vətəndaşların məlumatlandırılması ilə məşğuldur və onlara fırıldaqçılıq risklərindən qorunmaq üçün tövsiyələr verilir. Hadisə ilə bağlı Fransa Məlumat Texnologiyaları və Azadlıqlar üzrə Milli Komissiyasına (CNIL) rəsmi şikayət təqdim edilib.

Araşdırma davam edir.

Denmedia.az