Dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb.
“Denmedia.az” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda itkin düşən digər şəxs 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, itkin düşən balıqçılar qohum idi.