Məqalədə qeyd olunur ki, şübhəli şəxs polis əməkdaşları taktiki geyimdə Nyu-Hempşir ştatının Salem şəhərində həmin şəxslə əlaqəli olan bir anbarı izlədikdən sonra aşkar edilib.
Braun Universitetində baş verən atışmada şübhəli bilinən şəxs intihar edib. Bu barədə Fox News hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Məqalədə qeyd olunur ki, şübhəli şəxs polis əməkdaşları taktiki geyimdə Nyu-Hempşir ştatının Salem şəhərində həmin şəxslə əlaqəli olan bir anbarı izlədikdən sonra aşkar edilib.
FBI-nin verdiyi məlumata əsasən, şübhəli 48 yaşlı Portuqaliya vətəndaşı Klaudio Nevis Valenti olub. O, Mayami şəhərində qeydiyyatda olub və Braun Universitetində təhsil alırmış.
Qeyd edək ki, atışma 13 dekabr tarixində ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetində baş verib. Hadisə nəticəsində iki nəfər həyatını itirib, doqquz nəfər yaralanıb. Zərərçəkənlərin demək olar ki, hamısı universitetin tələbələri olub. Jurnalistlərin məlumatına görə, yaralılardan yeddi nəfərin vəziyyəti ağırdır. Hadisədən sonra hücumu törədən şəxs qaçaraq gizlənib və axtarışa verilib.