Geri qayıt Çap et

Ağır qəza oldu - Ölən var

Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.

Denmedia.az Report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Aşağı Kürkəndi kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.