Geri qayıt Çap et

Sabunçuda evdən 8 min dollarlıq qızıl oğurlandı

Sabunçu rayonunda evdən oğurluq edilib.

Denmedia.az APA-a istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 8000 dollar dəyərində qızıl-zinət əşyasının naməlum şəraitdə talanmasını bildirib. Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən M.Vəlizadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.