Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, qəza Bakı–Qazax avtomobil yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Gəncə istiqamətində hərəkətdə olan DAF markalı yük avtomobili qarşısında eyni istiqamətdə hərəkət edən KAMAZ markalı yük maşınına çırpılıb. Toqquşma nəticəsində DAF markalı avtomobilin sürücüsü, Qocayev Aydın Qoca oğlu, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qəza baş verən əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, yol hərəkətinin təhlükəsizliyi təmin edilib. Sürücünün cansız bədəni FHN-nin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır, hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.

