Sumqayıtda ibtidai sinif müəllimi uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Denmedia.az xəbər verir ki, bir müddət Sumqayıt şəhər TTEL-də, daha sonra isə 23 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Yeganə Hümbətova vəfat edib.
Yaxınlarının bildirdiyinə görə, aylar öncə dərs dediyi məktəbdə Yeganə Hümbətovanın qəfil halı pisləşib və o, təcili olaraq müalicə üçün Türkiyəyə aparılıb. Daha sonra Azərbaycana qayıdan müəllimə, təəssüf ki, ömrünün son günlərini yaşayıb.
Mərhumun 1 övladı yadigar qalıb.
Allah rəhmət eləsin, ruhu şad olsun.
Nizami Rəsulov
Denmedia.az