Braziliyanın cənubunda, Quayba (Guaíba) bələdiyyəsində güclü külək səbəbindən Azadlıq heykəlinin surəti aşıb. Bu barədə G1 xəbər portalı məlumat yayıb.
“Ərazi dərhal bütün təhlükəsizlik protokollarına uyğun şəkildə mühasirəyə alınıb və yaxın saatlarda tikinti briqadası konstruksiyanın sökülməsinə başlamalıdır,” — deyə portal yazır.
Məlumata görə, heykəl postamentdən yıxılıb və ciddi şəkildə zədələnib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd olunur ki, postamentlə birlikdə heykəlin ümumi hündürlüyü 35 metr təşkil edib.