Geri qayıt Çap et

Təlim zamanı qəza? Polşada kəşfiyyat dronu yerə çırpıldı

Polşada hərbi pilotsuz uçuş aparatı (PUA) yaşayış evinin yaxınlığında yerləşən özəl əraziyə düşüb, — bu barədə RMF FM radiosu məlumat yayıb. Bildirilir ki, xəsarət alan yoxdur.

“Mazovetski voyevodluğunun Lekovo qəsəbəsində hərbi dron yaşayış evinin yaxınlığında, özəl əraziyə düşüb,” — deyə nəşrdə qeyd olunur.

Jurnalistlərin ehtimalına görə, söhbət kəşfiyyat təyinatlı PUA-dan gedir. Aparat Polşa hərbçilərinin təlimləri zamanı düşmüş ola bilər. Hadisə nəticəsində heç bir dağıntı qeydə alınmayıb.

Denmedia.az