Türkiyənin Müdafiə Nazirliyi Qara dəniz üzərində pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. Məlumat X sosial şəbəkəsində dərc edilib.
Nazirliyin bildirdiyinə görə, hərbçilər dəniz üzərində Türkiyənin hava məkanına yaxınlaşan “hava hədəfini” aşkar ediblər və NATO tərəfindən ayrılmış F-16 təyyarəsi vasitəsilə onu nəzarətə götürüblər.
Daha sonra obyektin idarəetməni itirmiş pilotsuz uçuş aparatı olduğu müəyyən edilib. PUA yaşayış məntəqələrindən kənarda yerləşən təhlükəsiz ərazidə zərərsizləşdirilib.