Kürdəmirdə canavarlar fərdi təsərrüfata hücum edib.
Denmedia.az xəbər verir ki, hadisə nəticəsində 10 baş xırdabuynuzlu heyvan tələf olub.
Hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.Belə ki, yırtıcılar kənd sakini Qurbanov Nofəl Mirzəağa oğlunun təsərrüfatına hücum çəkib.Nəticədə canavarlar fermerə məxsus 10 baş xırdabuynuzlu heyvanı öldürüb 5 başın isə ağır yaralayıb.Təsərrüfat sahibinin sözlərində görə yırtıcılar onun təsərrüfatına ümumilikdə 8 min manata yaxın maddi ziyan vurublar.
Təsərrüaft sahibi bildirib ki, hadisə axşam saatlarında olub, səhərə yaxın vaxtlarda evdə yatmış olmuşuq .Gəlib heyvanları tələf ediblər. Orda gördüyünüz kimi yerində göstərdim sizə həyətdə iki dənə it olub, olara heç məhəl qoymayıblar.Gəlib giriblər tövləyə sürü halında ayaq izlərinidə göstərdim sizə .
Məsələ ilə bağlı Kürdəmir rayon icra hakimiyyətinin başıçının Ərşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırov bildirdi ki,canavarların hücumi ilə bağlı rayon icra hakimiyyətinə və rayon hüquq mühafizə orqanlarına məlumat verilib.Ərazi nəzarət götürlüb, yırtıcıların ərazidən uzaqlaşdırılması istiqamətində yaxın vaxtlarda zəruri işlərin həyata keçrilməsi nəzərdə tutulur.Qeyd edək ki,bir necə gün öncə də yırtıcılar rayonun Çöl-Qubalı və Sığırlı kəndlərində də təsərrüfatlara hücum çəkib 30-dan çox xırdabuynuzlu heyvanları məhv edib və fərdi təsərrüfatlara ümumilikdə 15 min manata yaxın maddi ziyan vurublar.
AQİL ƏSƏDOV
Denmedia.az