Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib.
Belə ki, 2006-cı il təvəllüdlü Hüseynova Züleyxa Niyaz qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Qeyd edək ki, mərhum Ucar rayon sakinidir . Sumqayıtda marketlərin birində satıcı işləyirmiş və sözügedən ünvanda kirayədə qaldığı bildirilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az